525.Az

Milli Məclisdə Azərbaycan hökumətinin hesabatının müzakirəsi başlayıb


 

Milli Məclisdə Azərbaycan hökumətinin hesabatının müzakirəsi başlayıb<b style="color:red"></b>

Milli Məclisin növbəti plenar iclası bu gün öz işinə başlayıb.

APA-nın məlumatına görə, iclası açıq elan edən spiker Oqtay Əsədovun təklifi ilə ötən günlərdə avtomobil qəzasında dünyasını dəyişən deputat Hikmət Atayevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Daha sonra spiker gündəlikdə hökumətin 2012-ci ilə dair hesabatının olduğunu bildirib. O. Əsədov bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin apardığı siyasət nəticəsində ölkə iqtisadiyyatında baş verən dinamik inkişaf hökumətin parlamentə təqdim etdiyi hesabatda aydın şəkildə öz əksini tapıb. Daha sonra parlamentdə hökumətin hesabatının müzakirəsi başlayıb. Hesabatı Milli Məclisə baş nazir Artur Rəsizadə təqdim edir.

 





15.03.2013    çap et  çap et