525.Az

Sabah yağış yağacaq


 

Sabah yağış yağacaq Sabah Azərbaycanda yağışlı hava şəraiti proqnozlaşdırılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 28-də hava şəraitinin buludlu olacağı, gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı, səhər tədricən kəsiləcəyi, gün ərzində dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşama doğru şimal-qərb küləyi mülayimləşəcək.

Havanın temperaturu gecə 17-20, gündüz 22-25 dərəcə isti olacaq
Azərbaycanın rayonlarında sabah şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir, gündüz qərb rayonlarından başlayaraq yağış tədricən kəsiləcək. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 24-29, dağlarda gecə 7-12, gündüz 16-21 dərəcə isti təşkil edəcək.

Sentyabrın 27-dən 28-nə keçən gecə Bakıda və Abşeron yarımadasında hava şəraitinin qısa müddətə dəyişkənliyini bəzi meteohəssas insanlar hiss etsə də, 28-i gündüz və 29-da xəzridən sonra oksigenlə daha zəngin, təmiz, mülayim payız havası meteohəssas insanlar üçün əlverişlidir.
 





27.09.2012    çap et  çap et