525.Az

“Google” virtual reallıq cihazını təqdim etdi


 

“Google” virtual reallıq cihazını təqdim etdi<b style="color:red"></b>

“Google” şirkəti “Daydream View” adlı virtual reallıq cihazını təqdim edib.

AzərTAc “Ferra” saytına istinadla xəbər verir ki, cihazda əsas diqqət rahatlığa ayrılıb. Bu, digər virtual reallıq cihazlarından fərqli olaraq, dəri örtüklə hazırlanıb və onları eynəklərlə istifadə etmək də mümkündür.

Həmçinin “Daydream View” ölçü baxımından digər cihazlardan 30 faiz daha kiçikdir.

“Google” “Daydream View” virtual reallıq platformasını hələ bu ilin mayında “Google I/O 2016” tədbiri çərçivəsində təqdim edib.

Hazırda isə şirkət həmin platforma əsasında çalışaraq bu yeni cihazı istehsal edir. Cihazla birlikdə komplektdə xüsusi pult da təqdim olunur. Pult “touchpad” özəlliyinə malikdir və istifadəçinin hərəkətlərini izləyə bilir.

Maraqlısı budur ki, həmin pult “Daydream View” virtual reallıq cihazında smartfon üçün nəzərdə tutulan yerdə saxlanılır.

Gələn ay satışa çıxarılacaq cihazın qiyməti 79 ABŞ dolları olacaq.

 





05.10.2016    çap et  çap et