525.Az

Ebru Gündeş və Rza Zərrab boşana bilmirlər


 

Ebru Gündeş və Rza Zərrab boşana bilmirlər<b style="color:red"></b>

Dünən iş adamı Rza Zərrabın ABŞ-da növbəti məhkəməsi baş tutub.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, prosesdə Zərrabın ailə vəkili Şebnem Eriş də iştirak edib. Martda həyat yoldaşı Ebru Gündeş və qızıyla Mayamidə istirahət edərkən həbs olunan Rzanın 75 ilə qədər həbsi istənilib.

İki saat davam edən məhkəmədən sonra hakim Berman prosesin bitdiyini elan edib. Zərrabın vəkillərinin tələbləri ilə bağlı isə heç bir açıqlama verilməyib. Əgər tərəflər arasında razılaşma əldə olunmazsa, Zərrab 2017-ci il yanvarın 23-də hakim qarşısına çıxacaq.

Vəkil Şebnem Eriş isə jurnalistlərlə söhbətində iki aydır Nyu-Yorka gedib-gəldiyini bildirərək E.Gündeşin hələ Rzaya qarşı boşanma davası açmadığını vurğulayıb. O, Zərrab və Gündeş arasında daha öncə bağlanmış mülk paylaşımı müqaviləsi olduğunu və uşaqlarının himayədarlığı üçün hələ danışıqlar getdiyini vurğulayıb.

Eriş tərəflərin razılığı ilə olan boşanma proseslərində hər iki tərəfin də məhkəmə salonunda olmasının vacibliyini qeyd edib. Zərrab ABŞ-da həbsdə olduğu üçün boşanma yubanır.

 





06.10.2016    çap et  çap et