525.Az

Yevlaxda dünyasını dəyişmiş əsgər dəfn edilib


 

Yevlaxda dünyasını dəyişmiş əsgər dəfn edilib<b style="color:red"></b> Azərbaycan Dövlət Sərhəd Xidmətinin Yevlaxda yerləşən N saylı hərbi hissəsində dünyasını dəyişmiş əsgər Miriyev Elvin Fikrət oğlu dəfn edilib.

Bu barədə məlumatı musavat.com-a onun bibisi oğlu Ülvi Quliyev verib.
 
Ülvi Quliyev bildirib ki, əsgərə Yevlaxda keçirilən ilkin ekspertiza zamanı zəhərlənmə diaqnozu qoyulub.
 
Ü. Quliyevin bildirdiyinə görə, ailə üzvləri əsgərin meyitinə özləri baxış keçirib və onun bədənində, xüsusilə, başında xəsarətlər olduğunu görüblər. Onlar təkrar ekspertiza barədə tələb irəli sürsələr də, bu tələbləri yerinə yetirilməyib. "Əgər dayım oğlu zəhərlənibsə, onda hərbi hissədəki 300 əsgər də zəhərlənməliydi. Onların hamısı eyni qidanı qəbul ediblər. Niyə təkcə Elvin zəhərlənib?".
 
Ülvi Quliyev bildirib ki, yas mərasiminə Cəlilabad rayon İcra Hakimiyyəti başçısının müavinləri, rayonun polis rəisi və müavinləri, əsgərin xidmət etdiyi hərbi hissənin zabitləri, eləcə də, Dövlət Sərhəd Xidmətinin Göytəpədəki hərbi hissəsinin komandiri iştirak edib.
 





17.03.2013    çap et  çap et