525.Az

Bakıdan Ermənistana xəbərdarlıq


 

Bakıdan Ermənistana xəbərdarlıq

“Ermənilər hər bir andan istifadə edirlər ki, vəziyyəti daha da gərginləşdirsinlər”.

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov ermənilərin sentyabrın sonunda Xankəndi aeroportunu istifadəyə verəcəkləri barədə yayılan xəbərlərə münasibət bildirərkən bildirib.

Onun sözlərinə görə, Ermənistanın beynəlxalq hüququ pozması yenilik deyil: “Azərbaycan bu cür məsələlərdə yenə də beynəlxalq hüquq normalarını əsas götürəcək və öz mövqeyində dayanacaq. Bu hava limanının istifadəsi hazırkı şəraitdə qeyri-qanunidir. İşğal altında olan ərazilərdə infrastrukturun dəyişdirilməsini, hava məkanımızın qanunsuz şəkildə istifadəsini Azərbaycan tərəfi heç vaxt qəbul etməyəcək. Bu, beynəlxalq hüquqa və Azərbaycanın suverenliyinə aid olan məsələdir”.

 





27.09.2012    çap et  çap et