525.Az

Smartfonlar üçün ən sürətli simsiz enerjidoldurma qurğusu


 

Smartfonlar üçün ən sürətli simsiz enerjidoldurma qurğusu<b style="color:red"></b>

Dünyada smartfonlar üçün ən sürətli simsiz enerjidoldurma qurğusu yaradılıb.

Cənubi Koreyanın “LG” şirkəti tərəfindən istehsal ediləcək simsiz enerjidoldurma qurğusu başqa analoji qurğularla müqayisədə smartfonun batareyasının şarjını daha sürətli dolduracaq.

AZƏRTAC “therunet.com” saytına istinadən xəbər verir ki, həmin şirkət cari ayda smartfonun enerji ilə doldurulması üçün 15 Vatt gücündə panel çıxaracaq. Bu, indi bazarda mövcud olan başqa analoji qurğularla müqayisədə üç dəfə çoxdur. Bir qayda olaraq, həmin qurğuların gücü 5 Vatt təşkil edir. Şirkətin məlumatına görə, 30 dəqiqə ərzində batareyanın şarjını 50 faiz doldurmaq mümkün olacaq.

Simsiz enerjidoldurma qurğuları gözlənilən nəticəni vermədiyindən bir o qədər populyar deyillər. “LG” şirkəti bu problemi həll edib. Bundan başqa, yeni qurğu cihazın çox qızmasına mane olur ki, bu da akkumulyatoru partlayışdan qoruyacaq.

2015-ci ilin nəticəsinə görə, simsiz enerjidoldurma qurğuları bazarının həcmi 553 milyon dollar təşkil edib. Ekspertlərin proqnozuna görə, 2019-cu ildə bu göstərici 2,2 milyard dollara yaxınlaşacaq.

 





14.10.2016    çap et  çap et