525.Az

Jurnalist Ekspert Mərkəzindən evsiz jurnalstlərə çağırış


 

Jurnalist Ekspert Mərkəzindən evsiz jurnalstlərə çağırış<b style="color:red"></b>

JEM mənzili olmayan media nümayəndələrinin siyahısının hazırlanmasına start verdi

 

Jurnalist Ekspert Mərkəzi (JEM) bir müddət  öncə evsiz jurnalistlərin siayhısının hazırlanacağı  ilə bağlı məlumat yaymışdı. Təşkilat artıq bu prosesə start verib.  Azərbaycan Respublikasının prezidenti, cənab İlham Əliyevin sərəncamı ilə jurmalistlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün 5 milyon manat ayrıldığını və Prezidentin yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə artıq mətbuat nümayəndələrinə tikilən binanın tamamlanmaq üzrə olduğunu əsas gətirən JEM siyahının hazıranması üçün KİV orqanları rəhbərlərinə müraciətb ünvanlayıb.

JEM sədri Ceyhun Musaoğlunun saytımıza verdiyi məlumata görə, onlar bu prosesə dəstək verməyi düşünür: “Bu məqsədlə Azərbaycan mətbuatında fəaliyyət göstərən evsiz jurnalistlərin siyahısını hazırlamaq qərarına gəlmişik. Obyektivliyi ilə seçilən belə bir siyahının ortaya qoyulması bəzi məlum və məlum olmayan səbəblərdən heç də asan deyil. Ona görə də KİV rəhbərlərindən dəstək istəyirik. Müstəqil jurnalistlərin siyahıda təmsil onuması üçün isə elan verəcəyik”.

C.Musaoğlunun sözlərinə görə, JEM-in İdarə Heyətinin son toplantısında belə razılşadırılıb ki,  evsiz jurnalistlərin siyahısı 2 kateqoriya üzrə hazırlanaraq təqdim olunsun və o jurnalistlərin adı salınsın ki, onlar ən azı 5 ildir mətbuatda mütamadi çalışırlar.

Birinci kateqoriya: Ümumiyyətlə evi olmayıb kirayədə yaşayanlar

İkinci kateqoriya: Kvadrat sahəsi kiçik olan evdə valideynləri ilə birlikdə yaşayanlar (bura, yataqxanaya, qaçqınlıq və köçkünlük zamanı bağçalara, məktəblərə sığınanlar da aiddir; ilk növbədə ailəli olanlar)

Hər bir evsiz jurnalistin adı, soyadı, işlədiyi mətbu orqan, stajı və qeydiyyatda olduğu ünvanı qeyd olunmaq şərti ilə.

C.Musaoğlu açıqlamasında bir incə məqama da toxunub: “Azərbaycan gerçəkliyində evi olan şəxs də onu adına rəsmiləşdirmədiyinə görə, özünü evsiz kimi qələmə verə bilər. Bizim jurnalistlərin arasında belələrinin olduğunu düşünmürəm. Cəmiyyətdə daim düzlük axtaran bizlər təbii ki, evsiz həmkarımıza çatacaq mənzili evimiz ola-ola qəbul edə bilmərik”.

JEM sədri onu da vurğulayıb ki, siyahı hazır olandan sonra mənzillər paylanmamış evsiz jurnalistlərin siyahısı ictimaiyyətə açıqlanacaq.

 





18.03.2013    çap et  çap et