525.Az

Emin Ağalarov simfonik orkestrlə birgə konsert verəcək


 

Emin Ağalarov simfonik orkestrlə birgə konsert verəcək Rusiyada yaşayan azərbaycanlı iş adamı, bəstəkar-müğənni Emin Ağalarov ilk dəfə olaraq simfonik orkestrlə birgə konsert verəcək.

APA-nın müğənninin rəsmi saytına istinadən yaydığı xəbərə görə, konsert dekabrın 11-də Moskva şəhərində gerçəkləşəcək.

Qeyd edək ki, Eminin may ayında “After The Thunder” adlı ikinci albomu işıq üzü görüb. Azərbaycanlı ifaçının bir çox hitləri Avropa çarxlarında əhəmiyyətli yer tutur.
 





01.09.2012    çap et  çap et