525.Az

Zaqatalada şəhid əsgərin ailəsinə ev verildi


 

Zaqatalada şəhid əsgərin ailəsinə ev verildi<b style="color:red"></b> Zaqatalada aprel döyüşlərində şəhid olmuş əsgərin ailəsi üçün yeni fərdi yaşayış evi inşa edilib.
 
APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə 2016-cı ilin aprel döyüşlərində qəhrəmanlıq göstərərək şahid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Zaqatala rayonunun Muxax kənd sakini Rəvan Nurayevin ailəsinə yeni inşa edilmiş fərdi yaşayış evinin açarları təqdim olunub.

Bu münasibətə keçirilən mərasimdə Zaqatala rayon İH başçısı Mübariz Əhmədzadə, hüquq-mühafizə orqanlarının əməkdaşları, Muxax kənd sakinləri iştirak edib.
 
Rayon büdcəsi və daxili imkanlar hesabına inşa edilən, ümumi sahəsi 95 kv/m olan 3 otaqlı ev hər cür şəraitlə təmin edilib. Evdə şəhidin xatirəsinə ayrıca guşə də yaradılıb.
 





18.10.2016    çap et  çap et