525.Az

ADPU-da müstəqilliyin 25 illiyinə həsr olunmuş tədbir


 

ADPU-da müstəqilliyin 25 illiyinə həsr olunmuş tədbir <b style="color:red"></b>

Oktyabrın 18-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Azərbaycanın müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunan tədbiri keçirilib.

Tədbirdə çıxış edən ADPU-nun rektoru, professor Cəfər Cəfərov deyib ki, 1991-ci ildə«Azərbaycan Respublikasının dövlət suverenliyi haqqında Bəyannamə», bir qədər sonra isə, yəni 1991-ci ilin oktyabrında «Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı» qəbul edilib. Bu Aktın qəbul edilməsi mühüm tarixi-siyasi hadisə idi və həmin gün tarixə dövlət müstəqilliyinin bərpası günü kimi daxil olub. Bu mühüm tarixi sənədin qəbul edilməsi ilə xalq uzun illərdən bəri arzusunda olduğu azadlığına qovuşub. Yeni yaranan müstəqil Azərbaycan dövləti özünün Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi olduğunu bəyan edərək onun bayrağını, gerbini, himnini dövlət atributları kimi qəbul edib: " Azərbaycanın dövlət müstəqilliyi dünyanın bir çox ölkələri tərəfindən tanındı və ölkəmiz müxtəlif beynəlxalq təşkilatlara üzv qəbul edildi. Lakin həmin dövrdə ölkəyə rəhbərlik edən şəxslərin siyasi səriştəsizliyi, milli maraq və mənafelərdən çox uzaqda dayanmaları, bəzi hallarda isə hətta bu maraqlara xəyanət etmələri Azərbaycanın əsl müstəqil dövlət kimi yaşamasına imkan vermirdi. Həmin dövrdə Azərbaycanın müstəqilliyi formal, nominal xarakter daşıyırdı. Belə ki, dövlət idarəçiliyi vahid bir konsepsiya və sistem əsasında qurulmurdu, birtərəfli xarici siyasi kurs yürüdülürdü. İctimai-siyasi həyatda, iqtisadiyyatda hərc-mərclik, özbaşnalıq hökm sürürdü. Bu çətin dönəmdə təni 1993-cü ildə ümummilli lider Heydər Əliyev xaıqın təkidi ilə yenidən hakimiyyətə qayıtdı. Ökənin formal müstəqilliyinin həqiqi müstəqilliyə, faktiki müstəqilliyə çevrilməsini təmin etdi, ölkədə müasir dünyanın reallıqlarını nəzərə alan yeni siyasi kurs formalaşdı".

Rüktor vurğulayıb ki, ulu öndər Heydər Əliyevin siyasi kursunu prezident İlham Əliyev uğurla davam etdirir.

Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində ölkədə bütün sahələr üzrə mühüm nəaliyyətlər əldə olunub: "Azərbaycan son illər beynəlxalq siyasi münasibətlər sistemində də öz layiqli yerini tutub. Belə ki, Azərbaycan 2011-ci ildə155 ölkənin yüksək etimadı və böyük siyasi dəstəyi ilə dünyanın ən nüfuzlu və mötəbər beynəlxalq qurumu olan Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Bu, Azərbaycanın böyük siyasi-diplomatik uğurudur. Son illər Azərbaycan möhtəşəm beynəlxalq tədbirlərin, sivilizasiyalararası dialoqların keçirildiyi bir məkana çevrilib.

Azərbaycan dünya miqyasında sayılıb-seçilən, yüksək beynəlxalq siyasi nüfuza malik olan bir ölkədir.

Azərbaycan multikulturalizm və tolerantlıq baxımından bütün dünya üçün layiqli bir örnəkdir".

S.QARAYEVA

 





18.10.2016    çap et  çap et