525.Az

Gülər Əhmədova psixotrop dərmanlar qəbul edib


 

Gülər Əhmədova psixotrop dərmanlar qəbul edib<b style="color:red"></b> Bir müddət əvvəl həbs olunun və Bakı İstintaq Təcridxanasında saxlanılan sabiq deputat Gülər Əhmədovanın səhhətində irəliləyiş müşahidə edilmir.

Bu barədə Lent.az-a G.Əhmədovanın vəkili Raqif Mustafayev məlumat verib. Vəkil bildirib ki, sabiq deputat müalicə olunur: “Gülər xanım çox ağır sarsıntılar keçirib. Buna görə də bədəni müalicələri qəbul eləmir. Təzyiqi düşmür. Həkim gəlib kamerada iynə vurur, dərmanlarını qəbul edir, amma səhhətində irəliləyiş hələ də müşahidə edilmir. Mən hər dəfə görüşə gedəndə başı sarıqlı halda gəlir. Beynində-başında ciddi ağrılar var”.
 
R.Mustafayev Lent.az-a onu da bildirib ki, məlum hadisələrdən sonra Gülər Əhmədovanın səhhətində yaranmış problemləri aradan qaldırmaq üçün psixiatr ona prsixotrop dərman preparatları yazıb və Gülər Əhmədova həmin müalicəni qəbul edib. Lakin həbs edildikdən sonra G.Əhmədovanın həmin psixotrolp dərman preparatlarını qəbul etməsi dayanıb. Daha doğrusu, həmin dərmanların cəzaçəkmə müəssisəsinə keçirilməsi qadağan edildikdən bu, mümkün deyil. Bu səbəbdən də sabiq deputatın ağrılarını kəsmək xeyli çətinləşib.
 
Qeyd edək ki, G.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2 və 307.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Belə ki, G.Əhmədova Elşad Abdullayevin yaydığı videolardan sonra deputat mandatından imtina edib.
 





19.03.2013    çap et  çap et