525.Az

Bir neçə qanuna dəyişiklik təklif olunur


 

RAFAEL HÜSEYNOV: "DİNDƏN SİYASİ NİFAQ SALMAQ ÜÇÜN İSTİFADƏ EDİRLƏR"

Bir neçə qanuna dəyişiklik təklif olunur<b style="color:red"></b>

Milli Məclisin (MM) Mədəniyyət komitəsinin dünən keçirilən iclasında "Kütləvi informasiya vasitələri haqqında", "Televiziya və radio yayımı haqqında", "Telekommunikasiya haqqında" və "İctimai televiziya və radio yayımı haqqında" qanunlara əlavə və dəyişikliklər layihələri müzakirəyə çıxarılıb.

Qanun layihələrinə dəyişikliklərin mahiyyəti və edilən təkliflər barədə məlumat verən MM-in Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov bildirib ki, dini ekstremizm siyasi məqsədlər üçün istifadə edilən zaman cəmiyyət üçün ciddi təhlükəyə çevrilir.

"Artıq günümüzdə  belə halların şahidi oluruq.  Bəzi qüvvələr dindən siyasi məqsədlər üçün istifadə edib, dinlər, ölkələr arasında nifaq salmaqla məşğuldurlar. Belə hallara yol vermək olmaz"- deyə, komitə sədri vurğulayıb.

R.Hüseynov əlavə edib ki, bu cür halların qarşısını vaxtında qanunvericilik baxımından almaq məqsədi ilə 2015-ci ildə Azərbaycanda "Dini ekstremizmə qarşı mübarizə haqqında" qanun qəbul edilib, indi də qanunlara dəyişikliklər və əlavələr edilməkdədir:
 
"Adıçəkilən qanuna da  dəyişiklik edildiyindən, digər qanunlarda da uyğunlaşdırma aparılmalıdır. Bu baxımdan, müzakirəyə çıxarılan dörd qanun "Dini ekstremizmə qarşı mübarizə haqqında"qanuna edilən dəyişikliyin digər qanunlarda da uyğunlaşdırılması məqsədini daşıyır. Odur ki, adıçəkilən "Dini ekstremizm haqqında" qanuna təklif edilən dəyişikliklər bunlardır: Dini ekstremizm əleyhinə xüsusi əməliyyatlar barədə ictimaiyyətə məlumat verilməsi; Dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması zonasındakı KİV işçilərinin  fəaliyyəti əməliyyat aparan orqan tərəfindən müəyyən edilməsi, həmçinin, xüsusi əməliyyat barədə ictimaiyyətə əməliyyat aparan orqanın müəyyən etdiyi formada və həcmdə verilməsi".

K.HƏMZƏOĞLU

 





19.10.2016    çap et  çap et