525.Az

"Gəncə 2016-Avropa Gənclər Paytaxtı Kuboku" keçiriləcək


 

"Gəncə 2016-Avropa Gənclər Paytaxtı Kuboku" keçiriləcək<b style="color:red"></b>

Gəncə şəhərində növbəti dəfə intellektlərin yarışı keçiriləcək. Belə ki, Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondunun dəstəyi ilə Təhminə Cəfərovanın rəhbərliyi ilə fərdi layihə “Gəncə 2016- Avropa Gənclər Paytaxtı Kuboku” icra olunacaq. 

Layihə rəhbərinin 525.az-a verdiyi məlumata görə, əsas məqsəd Gəncə şəhərində gənclərin təhsilə marağını artırmaq, intellektual inkişafına dəstək olmaq, onların asudə vaxtlarını təhsil yönümlü və faydalı təşkil etmək, gəncləri intellektli, dünyagörüşlü olmağa sövq edərək, gənc bilicilərimizi aşkar edib, həvəsləndirmək və cəmiyyətə təqdim etməkdir.

T.Cəfərovanın sözlərinə görə, "Gəncə 2016-Avropa Gənclər Paytaxtı Kuboku"nda ümumilikdə 20 komandanın, 120 nəfər gəncin iştirakı nəzərdə tutulub.

Yarışda 18-29 yaş qrupunda intellektlər yarışacaq. Bütün iştirakçılara şəhadətnamələr, qalib komandaya isə kubok, medal və hədiyyələr təqdim olunacaq.

Layihənin əsas tərəfdaş qurumları Gəncə şəhər İcra Hakimiyyəti, Azərbaycan İntellektual Oyunlar Klubu, “Odlar Yurdu” və “Gəncə 2016- Avropa Gənclər Paytaxtı” İctimai Birlikləri, həmçinin “Qrinviç” Təhsil Mərkəzi MMC-dir.

Layihənin icrası sentyabr ayından start götürüb və 3 ay müddəti əhatə edəcək. Layihə çərçivəsində “Gəncə 2016-Avropa Gənclər Paytaxtı Kuboku”nun keçirilməsi noyabr ayına təsadüf edəcək.

 





20.10.2016    çap et  çap et