525.Az

“Arzular haqqında hekayələr” layihəsi çərçivəsində sərgi açılacaq


 

“Arzular haqqında hekayələr” layihəsi çərçivəsində sərgi açılacaq<b style="color:red"></b>

Oktyabrın 23-də “İnkişaf Zamanı” proqramı və “MitOst”un dəstəyi ilə “Arzular haqqında hekayələr” layihəsi çərçivəsində “Park Bulvar” ticarət və əyləncə mərkəzində sərgi açılacaq.

AzərTAc xəbər verir ki, sərgidə gənc rəssamların layihə iştirakçılarının hekayələri əsasında yaratdıqları “Street art” nümunələri nümayiş olunacaq.

Qeyd edək ki layihənin keçirilməsində məqsəd istedadlı yeniyetmələrin müstəqil ixtisas seçimini təbliğ edərək gələcəkdə ixtisaslı kadrların yetişdirilməsi istiqamətində maarifləndirici işlər görmək və insanlara cəmiyyətin formalaşmasında incəsənətin rolunun vacibliyi mesajını ötürməkdən ibarətdir.

 





20.10.2016    çap et  çap et