525.Az

Sabah hava necə olacaq?


 

Sabah hava necə olacaq? <b style="color:red"></b> Oktyabrın 21-də Bakı və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən 525.az-a verilən məlumata görə, mülayim şimal-şərq küləyi əsəcək.
 
Havanın temperaturunun yarımadada gecə 8-10° isti, gündüz 10-13° isti, Bakıda gecə 8-10° isti, gündüz 11-13° isti olacağı gözlənilir.
 
Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 85-95 % təşkil edəcək.
 
Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şərq rayonlarında intensiv olacağı, dağlıq rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi arabir güclənəcək.
 
Havanın temperaturunun gecə 5-10° isti, gündüz 10-14° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti olacağı gözlənilir.
 





20.10.2016    çap et  çap et