525.Az

Millimizdən fantastik irəliləyiş - yeni reytinq


 

Millimizdən fantastik irəliləyiş - yeni reytinq<b style="color:red"></b>

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Qol.az-ın FİFA-nın saytına istinadən yaydığı xəbərə görə, ötən ayla müqayisədə komandamız düz 45 pillə irəliləyib və hazırda 404 xalla 88-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, milli komandamız tarixində hələ heç vaxt bu qədər böyük irəliləyişə nail olmamışdı. Komandamızın bu uğuruna DÇ-2018-in seçmə mərhələsində Norveç və Çexiya ilə matçlardakı uğurlu nəticələr səbəb olub.

Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqibləri  Almaniya 2-ci (+1), Şimali İrlandiya 36-cı (-6), Çexiya 40-cı (-7), Norveç 81-ci (-11), San Marino 201-ci (0) pillədə qərarlaşıb.


Növbəti reytinq cədvəli noyabrın 24-də açıqlanacaq.

 





20.10.2016    çap et  çap et