525.Az

Bakıda "Çörək festivalı"


 

Bakıda "Çörək festivalı" <b style="color:red"></b> Bakıda ilk dəfə "Çörək festivalı" keçirilir.
 
APA-nın məlumatına görə, Festival Beynəlxalq Kulinariya Günü münasibətilə qeyd edilir.
 
Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı, millət vəkili Qənirə Paşayeva, bir sıra dövlət rəsmiləri, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus nümayəndələri iştirak edir.
 
Festival çərçivəsində respublikanın 24 şəhər və rayonunun təamlarından ibarət sərgi təşkil olunub.
 
Qeyd edək ki, 2004-cü ildən başlayaraq hər il oktyabrın 20-si dünyada Beynəlxalq Kulinariya Günü kimi qeyd edilir. Həmin ildə Dünya Kulinariya Təşkilatları Birliyi tərəfindən İrlandiyanın paytaxtı Dublində keçirilən Dünya Kulinariya Konqresində elan edilib.
 
Hazırda 115 ölkə bu günü qeyd edir.
 





20.10.2016    çap et  çap et