525.Az

"Azərbaycan-Ukrayna biznes forumu keçiriləcək"


 

"Azərbaycan-Ukrayna biznes forumu keçiriləcək"<b style="color:red"></b> “Ukrayna ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq mövcuddur”.
 
APA-nın məlumatına görə, bu sözləri Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko deyib.

O bildirib ki, münasibətlər Sovet İttifaqı dağıldıqdan sonra da inkişaf edib:

“Bizim ümumi problemlərimiz var. Bu, ərazilərimizin bir hissəsinin ilhaq olunmasıdır. Ukrayna prezidenti Pyotr Poroşenko da burada olarkən bildirdi ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı status-kvo qəbuledilməzdir və bu münaqişənin həllində istənilən irəliləyiş Ukraynadakı problemin həllinə təkan verəcək”. 
 
Səfir noyabrda Bakıda Azərbaycan-Ukrayna biznes forumunun keçiriləcəyini söyləyib: “Bu forum iki ölkə prezidentinin əldə etdiyi razılaşma əsasında keçiriləcək. Forumda iştirak etmək üçün 50 Ukrayna şirkətinin nümayəndələri Azərbaycana gələcək”.
 
Diplomat hələlik biznes forumun dəqiq vaxtının müəyyənləşmədiyini vurğulayıb.
 





20.10.2016    çap et  çap et