525.Az

Naxçıvanda məskunlaşma tarixinə dair yeni faktlar


 

Naxçıvanda məskunlaşma tarixinə dair yeni faktlar<b style="color:red"></b>

AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim dövr arxeologiyası şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev oktyabrın 15-də Naxçıvan şəhəri ərazisində apardığı araşdırmalar nəticəsində şəhərin ərazisindəki məskunlaşma tarixini daha da qədimlərə çəkməyə imkan verən yeni yaşayış yeri aşkar edib.

Şəhərin ərazisində, Naxçıvan çayının sağ sahilində yeni aşkar olunan yaşayış yeri Erkən Eneolit dövrünə aid edilir.

Vəli Baxşəliyevin sözlərinə görə yeni abidədə aşkar olunan bəzi keramika nümunələri və əmək alətləri Neolit dövrünün də varlığından xəbər verir. Yeni yaşayış yeri e.ə.VI-V minilliklərlə tarixləndirilə bilər.

Tədqiqatçının fikrincə, gələcək araşdırmalar nəticəsində Naxçıvan şəhəri ərazisində məskunlaşma tarixini 8-9 min il bundan əvvələ aid etmək mümkün olacaq.

 





20.10.2016    çap et  çap et