525.Az

Bakıda “Tanpınar günü”


 

Bakıda “Tanpınar günü”<b style="color:red"></b>

22 oktyabr saat 14-00-da Bakıdakı “Akademkitab” kitab evində Türkiyənin tanınmış yazıçısı Ahmed Hamdi Tanpınara həsr olunmuş tədbir keçiriləcək.

Yunus Emre İnstitutundan 525.az-a verilən məlumata görə, “Tanpınar günü” adı altında təşkil olunacaq tədbirdə tanınmış ziyalılar, kitab həvəskarları və media nümayəndələri iştirak edəcək.

Tədbirdə Tanpınar haqda geniş fikir mübadiləsi aparılacaq, həmçinin onun yaradıcılığı haqda institut tərəfindən elan olunmuş “Tanpınarı kəşf edirəm” adlı esse müsabiqəsi haqqında geniş məlumat veriləcək.

Tədbirin sonunda iştirakçılara Tanpınarın Azərbaycan dilinə tərcümə olunmuş kitabları hədiyyə ediləcək.

Cavid QƏDİR

 





20.10.2016    çap et  çap et