525.Az

Arzu Rəhimov Abşeronda qəbul keçirdi


 

Arzu Rəhimov Abşeronda qəbul keçirdi<b style="color:red"></b>

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov Abşeron rayonu Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Sumqayıt şəhəri, Abşeron və Qubadlı rayonlarının sakinlərinin qəbulunu həyata keçirib.

Dövlət Xidmətindən 525.az-a verilən məlumata görə, qəbulda 20 vətəndaş iştirak edib.

Vətəndaşların müraciətləri daha çox xidmətin aidiyyəti şöbə, bölmələrində işə və ya həqiqi hərbi xidmətə qəbul, müharibə veteranı adının və vəsiqəsinin verilməsi, təkrar tibbi müayinəyə cəlb olunma, eləcə də gələcək xidmət yerinin müəyyənləşdirilməsinə dair olub.

Qəbul zamanı irəli sürülən bəzi məsələlər yerindəcə həllini tapıb, qanunvericiliyin tələbləri vətəndaşlara izah edilib.

Araşdırılması tələb olunan müraciətlər nəzarətə götürülüb və müvafiq araşdırmalardan sonra cavablandırılacağı bildirilib. 

Vətəndaşların Xidmətin fəaliyyət istiqamətinə aid olmayan məsələlərlə bağlı  müraciətləri müvafiqqurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

 





20.10.2016    çap et  çap et