525.Az

Şəhid hərbçinin ailəsinə ev verildi


 

Şəhid hərbçinin ailəsinə ev verildi<b style="color:red"></b> Aprel döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Ülvi Cəmaləddin oğlu Məmmədovun ailəsinə yeni ev verilib.
 
APA-nın Qarabağ bürosunun xəbərinə gərə, ev prezident İlham Əliyevin tapşırığına əsasən ETSN-nin sifarişi ilə inşa olunub.
 
Laçın rayon Qarakeçdi kəndindən məcburi köçkün olan Ağcabədi rayonunun Taxta körpü qəsəbəsində məskunlaşan ailəyə yeni evin açarlarını ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov təqdim edib.
 
80 kvadratmetr sahəsi olan üçotaqlı ev bütün avadanlıqlarla təchiz olunub.
 
Nazir H. Bağırov şəhid hərbçinin məzarını da ziyarət edib.
 





20.10.2016    çap et  çap et