525.Az

Baş kardioloq: "Ürək-damar xəstəlikləri 10 faiz cavanlaşıb"


 

Baş kardioloq: "Ürək-damar xəstəlikləri 10 faiz cavanlaşıb"<b style="color:red"></b> Son illər Azərbaycanda ürək-damar xəstəlikləri xeyli cavanlaşıb.
 
Respublikanın baş kardioloqu Faiq Quliyev APA-ya deyib ki, ötən illər ərzində cavan şəxslərdə bu xəstəliyə rast gəlmə faizi 1%-dən 10%-ə çatıb.

Onun sözlərinə görə, ürək-damar xəstəliklərinin geniş yayılması daha çox psixoloji gərginliklər, depressiya halları ilə əlaqədardır.

F.Quliyev qeyd edib ki, Azərbaycanda qadınlara nisbətən kişilər daha çox ürək-damar xəstəliklərindən əziyyət çəkir: “Qadınlar daim hərəkətdə olsalar da, kişilər daha çox hərəkətsiz olurlar. Eyni zamanda kişilər daha çox gərginlik keçirir, oturaq həyat tərzi də daim gərginlikdə qalma riskini daha da artırır. Buna görə də problemə daha çox kişilər arasında rast gəlinir”.
 
F.Quliyev əlavə edib ki, ürək-damar xəstəliklərinin artması həm də bu gün diaqnostik imkanların yaxşılaşması ilə əlaqədardır və nəticədə xəstəliyi daha erkən aşkar etmək mümkündür. Mütəxəssis vurğulayıb ki, fiziki aktivlik və normal qidalanma ilə ürək-damar xəstəlikləri riskini azaltmaq olar.
 





20.10.2016    çap et  çap et