525.Az

Gənclər Fondunun icraçı direktoru İstanbulda


 

Gənclər Fondunun icraçı direktoru İstanbulda <b style="color:red"></b> Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev İstanbulda keçirilən “Ekstremizm və zorakılığın qarşısının alınmasında gənclərin rolu” mövzusunda keçirilən konfransda iştirak edir.

Gənclər Fondundan APA-ya verilən məlumata görə, konfrans Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və BMT-nın Sivilizasiyalararası Alyansı Agentliyi tərəfindən təşkil edilib.

Konfransda Türkiyə baş nazirinin müavini cənab Toğrul Türkeş, Türkiyənin gənclər və idman naziri cənab Akif Çağatay Kılıç, BMT-nın Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Əbdulaziz Nasir, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov və digər qonaqlar iştirak edirlər.

Fərhad Hacıyev konfransda “Gənclər arasında ekstremizmin və zorakılığın aradan qaldırılmasında dövlətin rolu” mövzusunda məruzə ilə çıxış edib.

Fərhad Hacıyev ekstremizmin qarşısının alınmasında əsas məsələnin təhsil və məşğulluq olduğunu qeyd edib, gənclərin dövlətin müxtəlif sahələrdə aktiv iştirakının vacib olduğunu bildirib.
 





20.10.2016    çap et  çap et