525.Az

Nazirimiz bazarda (FOTO)


 

Nazirimiz bazarda<b style="color:red"> (FOTO)</b> Bu gün səhər saatlarında kənd təsərrüfatı naziri İsmət Abasov qəflətən kənd təsərrüfatı məhsulları satışı üzrə paytaxtımızın müxtəlif məntəqələrində keçirilən yarmarkalarda olub.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, İsmət Abasov məhsulların çeşidi, keyfiyyəti və qiymətləri ilə maraqlanıb, alıcılarla və satıcılarla onların konkret problemləri barədə söhbət edib. Kənd təsərrüfatı naziri qeyd edib ki, nazirlikdən hər bir yarmarkaya  bir neçə nəfər təhkim edilir. Bakıda keçirilən yarmarkalarda 4 günə min tona yaxın kənd təsərrüfatı məhsulları satılıb, belə bir məhsul axını dövründə isə nazirlik tərəfindən hər bir yarmarkaya  bir neçə  nəfərin  tam nəzarət edərək, bəzi hallarda möhtəkirlərin mal satışına  imkan verməməsi müəyyən  çətinliklər yaradır. İsmət Abasov qiymət artımına yol verilməməsinə, eləcə də bəzi hallarda möhtəkirlərin  yarmarkalara üz tutmalarının qarşısını almaq məqsədilə ictimai nəzarətin gücləndirilməsini məqsədəmüvafiq sayıb və alıcılardan da bunu xahiş edib.

İsmət Abasovu və ətrafına yığılmış insanlar bir-birlərini ilaxır çərşənbə günü münasibətilə təbrik ediblər. Eyni zamanda  satıcı və alıcılar ölkə rəhbəri İlham Əliyevə və xanımı Mehriban Əliyevaya bu əziz bayram münasibətilə təbriklərini çatdırmağı İsmət Abasovdan xahiş ediblər.

Qeyd edək ki, mart ayının 16-da kənd təsərrüfatı məhsullarının Bakı şəhərində keçirilən satış-yarmarkalarında alıcılarla söhbət əsnasında İsmət Abasov ticarət qaydalarına əməl etməyən, suni qiymət artımına yol verən 2 möhtəkirin yarmarkadan kənarlaşdırıldığını qeyd edib və növbəti dəfə mətbuat nümayəndələri və onu müşayiət edən şəxslər olmadan şəxsən yarmarkaları gəzib ticarətin gedişinə nəzarət edəcəyini bildirib.
 





19.03.2013    çap et  çap et