525.Az

“Qarabağ” qrupda ilk qələbəsini qazandı


 

“Qarabağ” qrupda ilk qələbəsini qazandı<b style="color:red"></b>

Bu gün Avropa Liqasının qrup mərhələsində üçüncü turun oyunları keçirilib.

Qol.az-ın məlumatına görə, “Qarabağ” öz meydanında PAOK-u qəbul edib. Ağdam klubu 2:0 hesabı ilə qalib gəlib.

Bununla da "Qarabağ" qrupda ilk qələbəsini qazanıb.

Qrupun digər oyununda "Fiorentina" "Slovan"a 3:1 hesabı ilə məğlub edib.

Avropa Liqası

20 oktyabr

III tur

21:00. “Qarabağ” (Azərbaycan) - PAOK (Yunanıstan) - 2:0
Qollar
: Dani Kintana, 56, Rahid Əmirquliyev, 87
Hakimlər: Alon Yefet, Danni Krasikov, Nissan Davidi, Rua Reinşreyber, Ziv Adler, Kiril Balikin  (hamısı İsrail)
Hakim-inspektor: İqor İşenko (Ukrayna)
UEFA nümayəndəsi: Rudolf Mannaerts (Belçika)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
 
21:00. “Slovan” (Çexiya) - “Fiorentina” (İtaliya) - 1:3
Qollar
: Kaliniç, 8 (0:1), 23 (0:2), Şevçik, 66 (1:2), Babakar, 70 (1:3)

 





20.10.2016    çap et  çap et