525.Az

İran nümayəndə heyəti Ali Hərbi Məktəbdə


 

İran nümayəndə heyəti Ali Hərbi Məktəbdə <b style="color:red"></b> Azərbaycanda dostluq səfərində olan İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin "Dəmavənd" və "Cövşən" hərbi gəmilərinin heyəti Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini ziyarət edib.
 
Müdafiə Nazirliyindən 525.az-a verilən məlumata görə, 1-ci dərəcəli kapitan Əbdülhüseyn Zəfərinin rəhbərlik etdiyi nümayəndə heyətinin hərbi məktəbin komandanlığı ilə görüşü keçirilib

. Hərbi təhsil müəssisəsinin yaranma tarixi haqqında ətraflı brifinq təqdim edilib və qonaqlar hərbi dəniz fakültəsindəki tədris prosesi ilə tanış olublar.
 





21.10.2016    çap et  çap et