525.Az

Hava şəraiti ilə bağlı xəbərdarlıq


 

Hava şəraiti ilə bağlı xəbərdarlıq <b style="color:red"></b> Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edib.
 
Departamentdən 525.az-a verilən məlumata görə, oktyabrın 24-dən 26-sı gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir.
 
Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

Havanın temperaturu gündüz saatlarında 9-11 ° isti təşkil edəcək.

Cavid QƏDİR
 





23.10.2016    çap et  çap et