525.Az

Sabah hava necə olacaq?


 

Sabah hava necə olacaq?<b style="color:red"></b>

Meteohəssas insanlarda diskomfort hissi yarana bilər

Sabah Bakı və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi və arabir yağış yağacağı gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova açıqlamasında bildirib ki, gecə və səhər bəzi yerlərdə duman olacaq. Arabir güclənən şimal küləyi əsəcək. Havanın temperaturu gecə 5-9 dərəcə isti, gündüz 11-16 dərəcə isti olacaq.
 
Martın 24-də respublikanın bölgələrində havanın arabir yağıntılı olacağı, dağlıq rayonlarda sulu qar yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-8 dərəcə isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti müşahidə olunacaq.
 
Martın 24-də arabir güclənən xəzri küləyi fonunda təzyiqin yüksəlməsi əksər meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

 





23.03.2013    çap et  çap et