525.Az

"Qızıl top"a ilk 5 namizədin adı açıqlandı


 

"Qızıl top"a ilk 5 namizədin adı açıqlandı<b style="color:red"></b>

"France Football" nəşri dünyanın ən yaxşı futbolçusuna verilən "Qızıl top" mükafatına namizəd ilk 5 futbolçunun adını açıqlayıb.

Qol.az-ın məlumatına görə, namizədlər arasında Kriştiano Ronaldo (Portuqaliya, "Real"), Qaret Beyl (Uels, "Real"), Serxio Aquero (Argentina, "Mançester Siti"), Pyer-Emerik Obameyanq (Qabon, Borussiya") və Canluicu Bufdon (İtaliya, "Yuventus") yer alıb.

Yaxın vaxtlarda daha 25 namizədin adının açıqlanacağı bildirilib.

Qeyd edək ki, bu il "Qızıl top" mükafatının sahibi təkcə jurnalistlərin səsverməsinə əsasən müəyyənləşəcək.

Xatırladaq ki, ötən il bu mükafatı Lionel Messi (Argentina, "Barselona") qazanıb.

 





24.10.2016    çap et  çap et