525.Az

Maltada Avropa İttifaqı nümayəndələrini aparan təyyarə qəzaya uğradı


 

Maltada Avropa İttifaqı nümayəndələrini aparan təyyarə qəzaya uğradı<b style="color:red"></b>

Avropa İttifaqının məsul şəxslərini aparan təyyarənin Malta ərazisində qəzaya uğraması nəticəsində azı 5 nəfər ölüb.

"Report" "Habertürk"ə istinadən xəbər verir ki, hadisə oktyabrın 24-də səhər saatlarında baş verib.

Məlumata görə, "Metroliner" tipli təyyarə Avropa İttifaqının Sərhəd Xidmətinin rəsmi nümayəndələrini Maltanın cənubunda yerləşən Luka şəhərindən Liviyanın Misratu bölgəsinə aparırmış.

Təyyarə havaya qalxandan az sonra qəzaya uğrayıb.

İlkin məlumata görə, təyyarədə 10 nəfər olub.

Qəza nəticəsində ölənlərin sayının artacağı istisna edilmir.

Hadisə yerində axtarış-xilasetmə işləri aparılır.

 





24.10.2016    çap et  çap et