525.Az

Beynəlxalq Fransızdilli Mətbuat Birliyinin Azərbaycan bölməsi təsis edildi


 

Beynəlxalq Fransızdilli Mətbuat Birliyinin Azərbaycan bölməsi təsis edildi<b style="color:red"></b> Baş ofisi Parisdə yerləşən və dünyanın 110 ölkəsindən olan 3000 media təmsilçisini birləşdirən Beynəlxalq Fransızdilli Mətbuat Birliyinin (BFMB) Azərbaycan bölməsinin təsis yığıncağı keçirilib.
 
APA-nın xəbərinə görə, yığıncaqda Azərbaycanda yeganə fransızdilli qəzet olan “Le Carrefour” qəzetinin təsisçisi və baş redaktoru, www.lecarrefour.az saytının rəhbəri Zeynab Kazımova çıxış edərək, BFMB-in Azərbaycan bölməsinin yaradılmasının vacibliyindən danışıb.

O bildirib ki, Birliyin Azərbaycan bölməsinin yaradılması Azərbaycanın dünya mediası ilə əlaqələrinin qurulması və xarici mediaya çıxış imkanının əlsə olunması istiqamətində addım kimi qiymətləndirilə bilər.

Azərbaycanda beynəlxalq səviyyəli, xarici dil bilən jurnalistlərin ölkəmizin təbliğatı naminə belə birlik və təşkilatlarda təmsil olunmasının əhəmiyyətini vurğulayan Zeynab Kazımova 2002-ci ildən üzv olduğu Birlikdə dünyanın 100-dən çox ölkəsindən müxtəlif yönümlü, müxtəlif təmayüllü media nümayəndələrinin cəmləndiyini deyib.
 
Fransızdilii jurnalistləri ətrafında toplayacaq bölmənin üzvləri gələcəkdə Birliyin müxtəlif ölkələrdə keçirdiyi seminar və sessiyalarında iştirak imkanı qazanacaq ki, bu da məhz Azərbaycan mediasının xaricdə media resursları ilə əməkdaşlıq imkanlarının yaradılmasına və tədbirlərdə xarici jurnalistlərlə təmas onlara ölkəmiz haqqında doğru-düzgün təsəvvürün yaranmasına və birbaşa informasiya mübadiləsinə şərait yaradacaq.
 
O, gələcəkdə Birliyin Azərbaycan bölməsində olan jurnalistlər üçün fransız dili kurslarının təşkilinin planlaşdırıldığını deyib.
 
İclasda Zeynab Kazımova Birliyin Azərbaycan bölməsinin rəhbəri seçilib.

Qeyd edək ki,  BFMB 1950-ci ildə təsis olunub və BMT, UNESCO kimi beynəlxalq təşkilatlar tərəfindən tanınan jurnalistlər birliyidir.

Zeynab Kazımova Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisidir.
 





24.10.2016    çap et  çap et