525.Az

Azərbaycan beynəlxalq yarmarkada iştirak edib


 

MEKSİKADA TƏŞKİL OLUNAN “QASTRONOMİYA VƏ SƏNƏTKARLIQ NÜMUNƏLƏRİ” YARMARKASINDA ÖLKƏMİZİN KULİNARİYA MƏDƏNİYYƏTİ NÜMAYİŞ OLUNUB

Azərbaycan beynəlxalq yarmarkada iştirak edib<b style="color:red"></b>

Oktyabrın 11-dən 23-dək Meksikanın Meksika Ştatının Atizapan de Zaraqoza bələdiyyəsində “Qastronomiya və Sənətkarlıq Nümunələri” beynəlxalq yarmarkası keçirilib.

Azərbaycanın Meksikadakı səfirliyindən verilən məlumata görə, Bələdiyyə sarayının “Nur pavilyonu” adlanan ərazisində təşkil edilən yarmarkanın məqsədi Meksikada akkreditə olunan diplomatik nümayəndəliklər tərəfindən öz ölkələrinin mədəniyyətinin təbliği və tanıtdılması, həmçinin mədəni dəyərlərin paylaşılması Meksikada müxtəlif yerli və dünya xalqlarının mədəniyyətlərinin birgə mövcudluğu və rəngarəngliyinin dünya ictimaiyyətinə nümayiş etdirilməsidir.

Dünyanın 28 ölkəsindən və Meksikanın müxtəlif ştatlarından nümayəndələrin qatıldığı bu beynəlxalq yarmarkada iştirakçı ölkələrin milli mətbəx və sənətkarlıq nümunələri nümayiş etdirilib.

Meksikada bundan əvvəl keçirilmiş yarmarkalar zamanı Azərbaycan mətbəxi nümunələrinin ziyarətçilər arasında xüsusi maraq doğurduğunu və bu qəbildən olan tədbirlərin tarix və kulinariya mədəniyyətimizin ölkəmizdən çox-çox uzaqlarda tanıtdılması və təbliği baxımından böyük əhəmiyyət kəsb etdiyini nəzərə alaraq Azərbaycanın Meksikadakı Səfirliyi də bu yarmarkada təmsil olunub.

Tədbir zamanı Azərbaycan üçün ayrılan ərazidə, əsasən ziyarətçilərə Azərbaycanın milli mətbəx nümunələri və şirniyyatı təqdim edilib, həmçinin ölkəmiz haqda məlumat verilib və broşürlar paylanılıb.

Qeyd edək ki, sözügedən yarmarkanı ziyarətə gələn şəhər sakinləri tərəfindən Azərbaycan üçün ayrılan əraziyə böyük maraq göstərilib.

Ceyhun ABASOV

 





24.10.2016    çap et  çap et