525.Az

Misir səfiri Bilik Fondunda


 

Misir səfiri Bilik Fondunda <b style="color:red"></b>

Misirin Azərbaycandakı səfiri Suzanne Mohamed Gamil Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun qonağı olub.

Fonddan 525.az-a verilən məlumata görə, fondun rəhbərliyi və əməkdaşlarla birgə keçirilən görüşdə səfirliyin Misir Mədəniyyət və Təhsil əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi də iştirak edib.

İcraçı direktor Oktay Səmədov 1992-ci ildən başlayan Azərbaycan-Misir diplomatik əlaqələrinin yüksələn xətt üzrə inkişaf etdiyini diqqətə çatdırıb.

O, deyib ki, ölkələrimiz arasında siyasi və iqtisadi münasibətlərin dinamikası təhsil, elm, mədəniyyət sahəsində də qarşılıqlı əməkdaşlığın uğuruna zəmin yaradır.

Görüşdə səfirə Bilik Fondunun Mərkəzlə birgə təşkil etdiyi ərəb dili kursları, Misir mədəniyyətini nümayiş etdirən sərgilər barədə məlumat verilib və Bilik Fondu tərəfindən səfirlik əməkdaşları üçün Azərbaycan dili üzrə təlimlərin təşkili məsələləri müzakirə olunub.

Səmimi görüşə görə təşəkkürünü bildirən diplomay sözügedən layihələrdən məmnun qaldığını və Bilik Fondu ilə əməkdaşlığa hazır olduqlarını deyib.

Maarifləndirmə istiqamətində həyata keçiriləcək gələcək birgə layihələr barədə fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib.

Sonda səfir Bilik Fondunun xatirə kitabına öz ürək sözlərini yazıb.

 





24.10.2016    çap et  çap et