525.Az

“Dərs” Minsk Beynəlxalq Film Festivalına dəvət aldı


 

“Dərs” Minsk Beynəlxalq Film Festivalına dəvət aldı<b style="color:red"></b> Rafiq Əliyev və Cavid Təvəkkülün “Dərs” filmi “Listopad” Minsk Beynəlxalq Film Festivalına dəvət alıb.

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından 525.az-a verilən məlumata görə, festival noyabrın 4-dən 11-dək keçiriləcək.
 
“Dərs” festivalın “Listopadik” uşaq filmləri müsabiqə proqramı çərçivəsində nümayiş etdiriləcək. “Listopadik”  müsabiqə proqramında Azərbaycanla yanaşı, Belçika, Bolqarıstan, Almaniya, Fransa və ABŞ rejissorlarının filmləri yer alıb.
 
Tammetrajlı bədii filmi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb.
 
Filmin beynəlxalq təqdimatı Almaniyanın 34-cü Münhen Film Festivalında baş tutub. “Dərs” Rusiyanın 25-ci “Kinoşok” beynəlxalq film festivalının “KinoMalıŞok” proqramının “Ən yaxşı film” nominasiyasında qalib olub.
 
Filmin ssenari müəllifləri Elza Ağayeva və Anastasiya Volkova, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Fikrət Ələkbərov, bəstəkarı Tünzalə Ağayeva, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur. Baş rolları Tamerlan Ağayev, Aliyə Əliyeva, Rəşid Əliyev, Ayna Zərbəliyeva, Nazim İbrahimov, Mənsurə Əhmədova və digərləri canlandırırlar.
 





24.10.2016    çap et  çap et