525.Az

“Qəbələ” Cavid Hüseynovu sifariş etdi


 

“Qəbələ” Cavid Hüseynovu sifariş etdi<b style="color:red"></b>

Bu gün “Qəbələ” futbolçusu Cavid Hüseynovu Peşəkar Futbol Liqasına sifariş edib.

Bu haqda Qol.az-a PFL-in mətbuat xidmətindən məlumat verilib.

Beləliklə, C.Hüseynovun adı Topaz Premyer Liqası üçün “Qəbələ”nin iştirak ərizəsinə salınıb və onun çempionatda oynaması üçün hər hansı əngəl qalmayıb. O, 14 nömrəli forma altında çıxış edəcək.

Xatırladaq ki, adı jurnalist Rasim Əliyevin ölüm işində keçən C.Hüseynov ötən ilin yayında həbs olunmuşdu, bu günlərdə isə o, azadlığa buraxılıb. C.Hüseynov  son olaraq Azərbaycan Premyer Liqasında 2014/15 mövsümünün may ayında çıxış edib.

 





24.10.2016    çap et  çap et