525.Az

Bakıda VII Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək


 

Bakıda VII Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək<b style="color:red"></b> Noyabrın 1-də Bakıda VII Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək.
 
İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, forumda Azərbaycan və Rusiyanın dövlət rəsmiləri, parlament nümayəndələri, sənaye, turizm, kənd təsərrüfatı, tikinti, ticarət, konsaltinq, logistika, əczaçılıq, İKT, maliyyə və s. sahələrində fəaliyyət göstərən sahibkarları iştirak edəcək.
 
Tədbir çərçivəsində forumun plenar iclası, sənaye, turizm, aqrar və humanitar sahələr üzrə dəyirmi masalar keçiriləcək və Azərbaycan-Rusiya biznes forumu təşkil olunacaq. Forumda bir sıra sənədlərin imzalanması nəzərdə tutulur.
 





24.10.2016    çap et  çap et