525.Az

"Uzaqda ucalan dağlar" təqdim edildi


 

"Uzaqda ucalan dağlar" təqdim edildi<b style="color:red"></b>

Oktyabrın 23-ü "Feysbuk"dakı ən böyük kitab təbliğatı qruplarından olan "Kitabsevərlər"in sayca 13-cü kitabı olan Tofiq Mahmudun "Uzaqda ucalan dağlar" romanının təqdimatı keçirilib.

525.az-ın verdiyi məlumata görə, roman 25 il sonra ikinci dəfə, latın qrafikasında nəşr edilib.

"Kitabevim.az" kitab mağazasında baş tutan təqdimatda müəllifin ailə üzvləri, qohumları, müxtəlif sənət adamları, yazıçılar, ədəbiyyat həvəskarları, media nümayəndələri və oxucular iştirak edib.

Tədbirdə "Space" radiosunun direktoru Əhməd Əsgər, sənətşünas Ziyadxan Əliyev, Azərbaycan Rejissorlar Gildiyasının sədri Hüseyn Mehdiyev, bəstəkar Azər Hacıəsgərli, qrupun idarəçilərindən Fariz Bayramov, kitabın redaktoru Cavid Qədir, ön sözün müəllifi Səbuhi Şahmursoy və başqaları çıxış ediblər.

Qeyd edək ki, əsər ilk dəfə kitab halında 1991-ci ildə "Yazıçı" nəşriyyatında nəşr edilib.

"Elm və təhsil" nəşriyyatı tərəfindən çap edilən kitabda tanınmış Azərbaycan rəssamı Bəhruz Kəngərlinin həyat və yaradıcılığından, eləcə də ermənilərin o illərdə Naxçıvanda törətdiyi vəhşiliklərdən bəhs edilir.

Əlavə məlumat üçün qeyd edək ki, təqdimat mərasimində həmçinin, "Kitabsevərlər" qrupunun ictimai birlik olaraq qeydiyyatdan keçdiyi elan olunub.

C.ŞÜKÜROV

 





24.10.2016    çap et  çap et