525.Az

Bir sıra ölkələr Rusiyaya qarşı sanksiyalara qoşuldu


 

Bir sıra ölkələr Rusiyaya qarşı sanksiyalara qoşuldu<b style="color:red"></b> Ukrayna daxil olmaqla 5 ölkə Avropa İttifaqının qərarını dəstəkləyərək Rusiyaya qarşı sanksiyalara qoşulub.
 
APA-nın TASS agentliyinə istinadən verdiyi  məlumata görə, bu barədə Avropa İttifaqının saytında bildirilir.
 
"Namizəd ölkələr olan Monteneqro ilə Albaniya, həmçinin Avropa Azad Ticarət Assosiasiyasının üzvləri - Lixtenşteyn və Norveç, Avropa iqtisadi zonasının üzvləri, o cümlədən, Ukrayna qətnaməyə qoşulur", - sənəddə bildirilir.
 
Sentyabrın 15-də Avropa İttifaqı Ukraynadakı vəziyyətlə əlaqədar  Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini uzadıb. 146 şəxs və 37 şirkətə qarşı məhdudiyyətlər gələn ilin mart ayınadək qüvvədə qalacaq.
 





25.10.2016    çap et  çap et