525.Az

Pul-kredit siyasətinin sərtləşdirilməsi təklif edilir


 

Pul-kredit siyasətinin sərtləşdirilməsi təklif edilir<b style="color:red"></b> Beynəlxalq Valyuta Fondu (International Monetary Fund, IMF) Azərbaycanda hökm sürən yüksək inflyasiya şəraitində sərt pul-kredit siyasətinin həyata keçirilməsinin tərəfdarıdır.

"APA-Economics" xəbər verir ki, bu barədə IMF-in hesabatında deyilir.
 
"Qafqaz və Mərkəzi Asiya regionunda yerləşən neft ixrac edən ölkələrdə bu il inflyasiya 2008-ci ildən etibarən ilk dəfə ikirəqəmli səviyyəyə çatıb. İnflyasiya təzyiqinin yüksək olduğu Azərbaycanda pul-kredit siyasətinin sərtləşdirilməsi aktuallığını qoruyur", - deyə fondun məlumatında deyilir.
 





25.10.2016    çap et  çap et