525.Az

Elman Abdullayev Cibuti Parlamentinin spikeri ilə bir arada


 

Elman Abdullayev Cibuti Parlamentinin spikeri ilə bir arada<b style="color:red"></b> Azərbaycanın Efiopiyadakı səfiri Elman Abdullayev Cibuti Parlamentinin spikeri Məhəmməd Əli Huməd ilə görüşüb.
 
Səfirlikdən APA-ya bildirilib ki, görüşdə səfir Azərbaycan haqqında ətraflı məlumat verib.

E. Abdullayev Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, Ermənistanın beynəlxalq hüquqa və normalara riayət etmədiyini və Azərbaycan torpaqlarını hələ də işğal altında saxladığını və bu işğal nəticəsində 1 milyondan artıq insanın qaçqın və məcburi köçkün düşdüyünü bildirib, beynəlxalq təşkilatların o cümlədən, BMT Təhlükəsizlik Şurası, İslam Əməkdaşlıq Təşkilatının, Avropa Parlamentinin və digər beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrin bu günədək icra olunmadığını qeyd edib.

Bu münaqişədə Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə görə Cibuti hökumətinə dərin təşəkkürünü bildirən E. Abdullayev iki ölkə arasında qarşılıqlı şəkildə parlamentlərarası dostluq qrupunun yaradılması təklifini irəli sürüb.
 





25.10.2016    çap et  çap et