525.Az

Azərbaycan, Polşa, Ukrayna və Rusiya opera ulduzları "Karmen"də


 

Azərbaycan, Polşa, Ukrayna və Rusiya opera ulduzları "Karmen"də<b style="color:red"></b>

Noyabrın 12-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Jorj Bizenin “Karmen” operası nümayiş olunacaq.

Teatrdan 525.az-a verilən məlumata görə, Karmenin partiyasını ifa etmək üçün Polşanın Vroslav Opera Teatrının aparıcı solisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı İrina Jitinskanı dəvət edib.

Portuqaliyanın Lissabon şəhərində keçirilən opera sənəti festivalında vokalçı Karmen partiyasının ən yaxşı ifaçısı üçün təsis edilmiş prizə layiq görülüb.

Rusiya Akademik Böyük Teatrının aparıcı solisti, Əməkdar Artist, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Elçin Əzizov, Ukrayna Milli Operasının solisti, Ukraynanın Xalq Artisti Andrey Romanenko da səhnə əsərində çıxış üçün dəvət olunublar.

Tamaşada Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solistləri - Xalq artisti Əli Əsgərov, Əməkdar artistlər İnarə Babayeva, Gülnaz İsmayılova, Səbinə Əsədova, solistlər Tural Ağasıyev və Əliəhməd İbrahimov da çıxış edəcəklər.

Tamaşanın dirijoru beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevdir.

 





25.10.2016    çap et  çap et