525.Az

Sabah hava necə olacaq?


 

Sabah hava necə olacaq?<b style="color:red"></b> Oktyabrın 26-da Bakı və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən 525.az-a verilən məlumata görə, mülayim şimal-şərq küləyi əsəcək.
 
havanın temperaturunun yarımadada gecə 6-8° isti, gündüz 9-12° isti, Bakıda gecə 6-8° isti, gündüz 9-11° isti olacağı gözlənilir.
 
Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu, nisbi rütubət 85-95 % təşkil edəcək.
 
Tibbi-meteoroloji proqnoza əsasən, oktyabrın 28-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.
 
Rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı ehtimalı var.

Gündüz əksər rayonlarda yağıntı tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 4-9° isti, gündüz 9-13° isti, dağlarda gecə 4° şaxtadan 1°-dək isti, gündüz 1-6° isti olacağı gözlənilir.
 





25.10.2016    çap et  çap et