525.Az

Əbülfəs Qarayev Qətər səfirini qəbul etdi


 

Əbülfəs Qarayev Qətər səfirini qəbul etdi<b style="color:red"></b> Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Qətər Dövlətinin Azərbaycandakı səfiri Yusif bin Həsən Yusif əl-Saini qəbul edib.

Nazirlikdən 525.az-a verilən məlumata görə, görüşdə iki ölkə arasında mədəniyyət və turizm sahələrində birgə layihələrin həyata keçirilməsi kimi məsələlər müzakirə olunub, əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi ilə bağlı təkliflər irəli sürülüb.
 
Nazir Qətərdə keçirilmiş Azərbaycanın turizm potensialının təqdimatı, mədəniyyət günlərinin  çox müsbət nəticələr verdiyini bildirib və hal-hazırda da iki ölkənin bu sahələrdə əlaqələrinin genişləndirilməsi üçün belə tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb.
 
O, eyni zamanda muzey, kitabxana və incəsənətin müxtəlif istiqamətlərində qarşılıqlı əlaqələrin qurulmasını və birgə layihələrin həyata keçirilməsini təklif edib.
 
Səfir Azərbaycanla Qətər arasında yüksək əlaqələrin davamlı olacağına inamını ifadə edib.
 
Ə. Qarayev Qətər nümayəndə heyətini 2017-ci ilin aprel ayında Bakıda keçiriləcək IV Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edib.
 





25.10.2016    çap et  çap et