525.Az

Ailə Strategiyası artıq hazırdır


 

Ailə Strategiyası artıq hazırdır<b style="color:red"></b>

"Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən işlənilmiş Ailə Strategiyası artıq hazırdır".

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova jurnalistlərlə söhbətində deyib.

Onun sözlərinə görə, bu strategiyada ailənin, qadınların sağlamlığı kimi məsələlər əhatə olunub.

H.Hüseynova əlavə edib ki, bu gün Azərbaycanda ailənin, onun hər bir üzvünün hüquqlarının müdafiəsi sahəsində ən güclü qanunvericilik bazası formalaşdırılıb:

"Biz bir çox məsələlərdə müxtəlif təcrübələri öyrənirik. Amma bizə də çox müraciətlər edilir ki, Azərbaycanın təcrübəsi bir çox ölkələrdə öyrənilsin. Bizə hətta beynəlxalq təşkilatlar da müraciət edirlər ki, onların nümayəndələri Azərbaycana gələrək təcrübəmizi öyrənsinlər.

Ən vacibi odur ki, icra strukturları, qanunvericilik qolları, məhkəmə sistemi arasında çox güclü əməkdaşlıq qurulsun. Bizim də gücümüz ondadır ki, Azərbaycanda bu 3 struktur bir-biri ilə çox yaxşı əməkdaşlıq edir. Çünki qanun nə qədər mükəmməl hazırlansa da, o, işlək olmazsa, heç bir faydası olmayacaq".

KAMİL

 





25.10.2016    çap et  çap et