525.Az

"Yarım milyon ana doğuş zamanı dünyasını dəyişir"


 

"Yarım milyon ana doğuş zamanı dünyasını dəyişir"<b style="color:red"></b>

"Dünyada ildə yarım milyon ana doğuş zamanı dünyasını dəyişir".

Bu fikri Milli Məclisin (MM) Səhiyyə komitəsinin  sədri Əhliman Əmiraslanov  dünən parlamentlə Avropa Parlamentinin ana və uşaq ölümünə həsr olunmuş dəyirmi masasında deyib.
 
Onun sözlərinə görə, dünyada  ana ölümünün 50 faizi Afrika ölkələrinin payına düşür. Komitə sədri deyib ki, bu, təkcə səhiyyənin deyil, eyni zamanda, cəmiyyətin də problemidir. "Ana ölümü məsələsində inkişaf etmiş ölkələrlə  inkişaf etməkdə olan ölkələr arasında da ciddi fərq var. Dediyim kimi, ana ölümünün 50 faizi Afrikanın payına düşürsə, inkişaf etmiş ölkələrdə ana ölümü cəmi bir faiz  təşkil edir"- deyə, Ə.Əmiraslanov bildirib. Dünyada ildə 5 yaşınadək uşaq ölümünün də ciddi problem olduğunu dilə gətirən komitə sədri əlavə edib ki,  1990-cı ildə dünyada ildə 12 milyon  5 yaşınadək  uşaq ölürdüsə, görülən tədbirlər nəticəsində,  2012-ci ildə bu rəqəm 6,5 milyon olub. "2015-ci ildə isə dünyada ildə 5,9 milyon 5 yaşınadək uşaq dünyasını dəyişib ki, bu da müasir dünyamızda çox dəhşətli  hadisədir.  Ona görə də bu ciddi problem aradan qaldırılmalıdır"- deyə, komitə sədri vurğulayıb.

Ə.Əmiraslanov onu da əlavə edib ki, 1990-cı ildə gündə 36 min 5 yaşınadək uşaq  dünyasını dəyişirdisə, 2015-ci ildə bu rəqəm iki dəfə azalaraq 18 minə enib. "Burada əsas problem səhiyyə xidmətinin zəif olmasıdırsa, digər səbəbə isə cəmiyyətdəki digər faktorlardır. Xüsusən də, qida çatışmazlığıdır. Ona görə ki,  uşaq ölümünün 55  faizi səhiyyə xidmətinin üzərinə düşürsə, 45 faizin də digər faktorlar rol oynayır". Azərbaycanda bu sahədə görülən işlər və vəziyyət barədə məlumat  verən komitə sədri deyib ki,  bu sahədəki problemlərin aradan qaldırılması  Azərbaycan Prezidentinin siyasətinin əsas prioritetini təşkil edir. "Məhz onun həyata keçirdiyi  siyasət nəticəsində  Azərbaycanda həm  doğuş zamanı ana , həm də uşaq ölümünün sayı kəskin azalıb"- deyə, o  vurğulayıb. Bununla belə, o, deyib ki, Azərbaycanda da bu sahədə  problemlər var və həmin problemlərin tədricən  aradan qaldırılması istiqamətində  işlər görülür.

Kamil HƏMZƏOĞLU

 





25.10.2016    çap et  çap et