525.Az

Pedaqoji Universitetdə “Rənglərin sirri”


 

Pedaqoji Universitetdə “Rənglərin sirri” <b style="color:red"></b>

Oktyabrın 24-25-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 3 nömrəli tədris binasında “Rənglərin sirri” konfrans-müsabiqəsi keçirilib.

Universitetin Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədər hazırlıq fakültəsinin təşəbbüsü ilə keçirilən “Rənglərin sirri” konfrans-müsabiqədə 100-dən çox rəsm əsəri nümayiş etdirilib. 60-a yaxın tələbə bu müsabiqədə iştirak edib.

Konfrans-müsabiqənin özəlliyi incəsənətin Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədər hazırlıq fakültəsində tədris olunan 2 növü–rəsm və musiqinin təbiətindən irəli gəlir.

ADPU-nun rektoru, professor Cəfər Cəfərov konfrans-müsabiqədə nümayiş etdirilən əsərlərlə tanış olub və onları yüksək qiymətləndirib. Rektor fakültənin rəhbərliyini, müəllim və tələbələrini konfrans-müsabiqənin keçirilməsi münasibətilə təbrik edib.

Rektor deyib ki, musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədər hazırlıq fakültəsində yaradıcı mühit mövcuddur.

Onun sözlərinə görə, belə konfrans-müsabiqələr tələbə-gənclərin yaradıcılıq istedadlarının aşkara çıxarılmasına və inkişaf etməsinə, püxtələşməsinə, dünyagörüşlərinin artmasına, daxili mənəvi dünyalarının zənginləşməsinə, bədii-estetik zövqlərinin formalaşmasına müsbət təsir edir.

Sonra münsiflər heyəti tərəfindən tələbələrdən 1 nəfəri I yerə, 2 nəfəri II yerə, 3 nəfəri isə III yerə layiq görülüb, digər iştirakçılar sertifikatla mükafatlandırılıblar.

S.QARAYEVA

 





25.10.2016    çap et  çap et