525.Az

Xorvatiya prezidentinin Azərbaycana səfəri başa çatdı


 

Xorvatiya prezidentinin Azərbaycana səfəri başa çatdı<b style="color:red"></b> Xorvatiya prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin Azərbaycana rəsmi səfəri başa çatıb.
 
APA-nın məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
 
Xorvatiya prezidentini hava limanında Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər yola salıblar.
 





25.10.2016    çap et  çap et