525.Az

Prezidentdən Qətər əmirinə başsağlığı


 

Prezidentdən Qətər əmirinə başsağlığı <b style="color:red"></b> Azərbaycan prezidenti İlham Əliyev Qətər əmiri Təmim bin Həməd Al Taniyə başsağlığı verib.
 
APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:
 
“Əlahəzrət, Qətər Dövlətinin keçmiş Əmiri, babanız şeyx Xəlifə bin Həməd Al Taninin vəfatı xəbəri məni son dərəcə kədərləndirdi.

Bu ağır itki ilə əlaqədar Sizə, ailənizin üzvlərinə, bütün Qətər xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!”
 





25.10.2016    çap et  çap et